Xalq artisti Mələkxanım Eyubovanın müğənni kürəkəni Mərdan Kazımovla yeni fotosu sosial şəbəkələrdə diqqət çəkib.
Dərgi.az-ın məlumatına görə, görüntünü sənətçinin bloger qızı Nəzrin Nəcəfova şəxsi sosial media hesabında paylaşıb.
Fotoda Nəzrin Nəcəfova, anası Mələkxanım Eyubova və həyat yoldaşı Mərdan Kazımov bir arada yer alıblar. O, ailə fotosuna “Ürəklərim” sözlərini əlavə edib.
Xatırladaq ki, Nəzrin Nəcəfova ilə Mərdan Kazımovun yaxın zamanda övladı dünyaya gəlib. Mələkxanım Eyubovanın ümumilikdə dörd övladı var.

