Türkiyəli aktrisa Özge Gürel “44” bədii filmindəki rolu ilə bağlı müsahibə verib.
Dergi.az xəbər verir ki, Ö.Gürel bu barədə “Vogue Türkiye”yə danışıb. Aktrisa bildirib ki, çəkiliş müddətində azərbaycanlı aktyor İbrahim Çingiz ilə işləmək onun üçün çox xoş olub. O, İbrahimi çalışqan və istedadlı biri kimi qiymətləndirib.
Özge Gürel qeyd edib ki, çəkilişlər zamanı duyğuların əsas olduğunu və ortaq dil tapmaqda çətinlik çəkmədiklərini bildirib. Aktrisa çəkiliş prosesinin ona dəyərli əlaqələr qazandırdığını vurğulayıb.
Ö.Gürel həmçinin Bakıda “44” filminin qala gecəsindən sonra El Gouna Film Festivalı üçün Misirə getməsi ilə bağlı danışıb. O, bu səyahətin möhtəşəm olduğunu və hər səfərin sonunda kinonun gücünə heyran olduğunu qeyd edib.
